Azərbaycan Gürcüstanla quru sərhədini açır? – XİN rəhbəri AÇIQLADI

Tbilisi Azərbaycanın Gürcüstanla 4 ildir bağlı olan quru sərhədlərini açacağını gözləyir.

Gununsesi.info xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ölkənin “Birinci kanal”ına bildirib.

Azərbaycan 2020-ci ilin yazında koronavirus pandemiyası ilə əlaqədar quru sərhədini bağlamaq qərarı verib. Sonra Bakıda elan olunub ki, karantin rejimi nə qədər lazımdırsa, o qədər də davam edəcək. Bunun 2024-cü il aprelin 2-də baş verəcəyi planlaşdırılırdı, lakin martın 11-də Azərbaycanın Baş naziri Əli Əsədov karantin rejimini daha üç ay, 2024-cü il iyulun 1-i saat 06:00-dək uzadıb.

“Biz Azərbaycanın sərhədlərinin turizmin daha da inkişafı üçün tamamilə açıq olmasını alqışlayırıq, qonşu ölkədən və strateji tərəfdaşımızdan çoxlu ziyarətçilərimiz olub və bunun gələcəkdə də davam etməsini istəyirik”, – Darçiaşvili deyib.

Nazirin sözlərinə görə, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentləri var.

“Bilirik ki, səbəblərdən biri koronavirus idi, sərhədlər təhlükəsizlik məqsədilə bağlandı. Sonra bütövlükdə regionda hadisələr təhlükəsizlik baxımından inkişaf etdi, ona görə də Azərbaycanın mövqeyini deyə bilmərəm ki, niyə belə bir qərar verdilər?”, – XİN rəhbəri bildirib.

Bundan əvvəl Gürcüstanın iqtisadiyyat nazirinin müavini Mariam Kvrivişvilinin deyib ki, Gürcüstan Azərbaycanın quru sərhədini bağlaması səbəbindən 1,5 milyondan çox turist itirib və pandemiyadan əvvəlki səviyyəyə qayıda bilməyib.

Onun sözlərinə görə, bu, təxminən 400 milyon dollara bərabərdir və məhz bu amil Gürcüstanın turist axınını tam bərpa edə bilməməsinə səbəb olub.

Azərbaycandan Gürcüstana çıxış, eləcə də giriş yalnız hava yolu ilə mümkündür.

Gürcüstanla Azərbaycan arasında üç quru keçid məntəqəsi var.

 

Gununsesi.info