
ABŞ administrasiyası Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini dəstəklədiyini və razılaşmanın mümkün olduğuna inandığını bəyan edib.
Gununsesi.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində Azərbaycan və Ermənistan arasında sülh danışıqları ilə bağlı onların mövqeyini dəyərləndirib.
“ABŞ olaraq, iki ölkə arasında razılığın əldə edilməsini dəstəkləyirik və buna yardım etməyə davam edəcəyik”, – deyə o bildirib. Miller bəyan edib ki, Bakı ilə İrəvan arasında sülh sazişi “əldə edilə bilən” nöqtədədir.
ABŞ dövlət katibi Entoni Blinken ötən həftə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşdüyünü və bu görüşlərdə ABŞ-ın prosesə dəstəyini nümayiş etdirdiyini qeyd edən Miller, iki ölkənin həll olunmamış bəzi məsələlərin həlli üçün səy göstərdiyini bildirib.
Gununsesi.info