Azərbaycan güləşçisi daha bir erməni rəqibinin kürəyini yerə vurdu

Azərbaycan güləşçisi daha bir erməni rəqibinin kürəyini yerə vurdu

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının finalına yüksəlib.

Gununsesi.org xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi yarımfinalda ermənistanlı Karapet Çalyana qalib gəlməklə həlledici görüşdə iştirak hüququ qazanıb.

O, rəqibini 3:0 hesabı ilə məğlub edib. Süleymanov final qarşılaşmasına fevralın 11-də çıxacaq.

Qeyd edək ki, güləşçimiz Avropa çempionatında mübarizəyə təsnifat mərhələsindən başlayıb. O, Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla münasibətinə aydınlıq gətirib və rəqibini 5:3 hesabı ilə məğlub edib. Süleymanov 1/8 finalda İtaliya təmsilçisi Matteo Maffetsoliyə də heç bir şans verməyib – 7:0. Pəhləvanımız 1/4 finalda yunanıstanlı Georgios Prevolarakis üzərində inamlı qələbə qazanıb. O, son saniyələrdə işlətdiyi gözəl fəndlə rəqibini “tuşe” ilə məğlub edib.

Gununsesi.org

COMMENTS