Təyyarə beş saat səmada fırlandı- FOTO

Təyyarə beş saat səmada fırlandı

Meksikanın paytaxtı Mexikodan Barselonaya uçan sərnişin təyyarəsi okeanın üzərindən geri qayıdıb.

Gununsesi.org-un flightradar24.com saytına istinadən verdiyi xəbərə görə, “Fly Emirates” şirkətinə məxsus “Boeing 777” təyyarəsi 5 saat əvvəl səmaya qalxıb və Meksika körfəzi üzərində, ABŞ-ın Luiziana ştatının hüdudlarında dönmə manevri edərək geri qayıdıb.

“UAE256” saylı reyslə uçan təyyarə yenidən Mexiko aeroportunda eniş edib.

Təyyarənin hansı səbəbdən geri qayıtdığı məlum deyil.

COMMENTS