Şeyxin qudası öz yerinə oğlunu deputat seçdirib

Şeyxin qudası öz yerinə oğlunu deputat seçdirib

Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı yekun nəticələrə əsasən, Milli Məclisdə mandat hüququ qazanan YAP namizədi Əliabbas Salahzadə keçmiş deputat Qalib Salahzadənin oğludur. 

Gununsesi.org xəbər verir ki, 27 saylı Sabunçu İkinci Seçki Dairəsində mübarizə aparan namizəd rəsmi məlumatlara əsasən, hələ ki, 57.6 % səs toplayaraq liderdir.

O, 10 ildən çox Sabunçu Rayon İcra Hakimiyyətində çalışıb.

Qeyd edək ki, Əliabbas Salahzadənin atası Hacı Qalib Salahzadə Şeyx Allahşükür Paşazadənin qudasıdır. Eyni zamanda Şeyxin qardaşı Cavanşir Paşazadə də 75 saylı Lənkəran-Masallı Seçki Dairəsində qalib olaraq mandat hüququ qazanıb.

COMMENTS