Azərbaycan gimnastları Polşada iki medal qazanıb

Azərbaycan bədii gimnastları Polşanın paytaxtı Varşavada keçirilmiş beynəlxalq “XIV Inna Cup” turnirində iki medal qazanıb.

Gununsesi.info “Report”-a istinadən xəbər verir ki, Çoxnövçülükdə Kamilla Qafarova gənclər arasında qızıl medala sahib olub.

İlona Zeynalova isə böyüklər arasında gümüş medala yiyələnib.