
“Rusiya Federasiyası qoşunlarını Ukrayna ərazisindən çıxaracağı təqdirdə Qərb ölkələri anti-Rusiya sanksiyalarını ləğv edə bilər”.
Gununsesi.info xəbər verir ki, bunu Almaniyanın Xarici İşlər naziri Annalena Berbok “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib.
O qeyd edib ki, Moskvanın şərtləri ilə sülh Avropa üçün kifayət deyil, çünki bu, istənilən təhlükəsizliyi təmin etməyəcək.
“Atəşkəs yalnız ilk addım ola bilər. Bizə bir şey aydındır: sanksiyaların ləğvi yalnız Rusiya qoşunlarını çıxaracağı təqdirdə baş verəcək” – nazir əlavə edib.
Almaniya XİN rəhbəri vurğulayıb ki, Brüssellə Moskva arasında əvvəlki münasibətlər mümkün deyil. Onun sözlərinə görə, Aİ Rusiyanın vədlərinə bir daha arxalana bilməyəcək.
Gununsesi.info