Rusiyanın indiyədək 23 500 hərbçisi ÖLDÜRÜLÜB

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya ordusunun müharibə itkilərini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Baş Qərargahın yaydığı məlumata görə, müharibə başlayandan indiyədək Rusiya ordusu təxminən 23 500 hərbçisini itirib.

Bundan başqa, 84 qanadlı raket, 2471 zirehli döyüş maşını, 1026 tank, 450-dən çox artilleriya sistemi, 192 təyyarə, 155 helikopter vurulub.

Xatırladaq ki, Rusiya qoşunları fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Gununsesi.info