Bu ilin yanvar-aprel aylarında Azərbaycandan 4 781,23 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.
Gununsesi.org-un Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 48,3% azalıb.
Cari ilin ilk dörd ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,87%-ə bərabər olub.
Gununsesi.org
COMMENTS