Azərbaycan qaz satışını 8% artırıb

Azərbaycan qaz satışını 8% artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 821 457,62 min ABŞ dolları dəyərində 4 365 600,64 min kubmetr təbii qaz ixrac edib.

Gununsesi.org-un Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin dörd ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 28,76%, həcmi isə 8,07% çoxdur.

Xatırladaq ki, ötən il Azərbaycan 2 366 833,7 min ABŞ dolları dəyərində (57,9% artım) 12 537 405,17 min kubmetr (58,7% artım) təbii qaz ixrac edib.

Gununsesi.org

COMMENTS