Koronavirus testindən keçmək üçün yalan danışdı, infeksiyaya yoluxduğu bəlli oldu

Koronavirus testindən keçmək üçün yalan danışdı, infeksiyaya yoluxduğu bəlli oldu

Kanadanın Kvebek əyalətindəki Dorval şəhərində bir tibb bacısı koronavirus testi keçirmək üçün xəstəliyin simptomlarını simulyasiya etmək məcburiyyətində qalıb.

Gununsesi.org xəbər verir ki, bu barədə “Global News” saytı məlumat yayıb.

Tibb bacısı Kristi-Lin Kemp COVID-19 xəstələrinin yaşadığı qocalar evində işdən çıxıb. Daha sonra başqa qocalar evində yeni işinə başlamazdan əvvəl xəstəliyə görə testdən keçmək qərarına gəlib. O, koronavirusla bağlı yaradılan qaynar xəttə zəng edərək, virusa yoluxmuş insanlarla işlədiyini deyib. Simptomların olmadığına görə onu testdən keçirməyiblər.

Sonra Kemp ikinci dəfə zəng edib və tanınmamaq üçün fransızca danışıb. O, yalandan qızdırması və öskürəyi olduğunu deyib. Testdən sonra onun koronavirusa yoluxduğu məlum olub.

“İnana bilmirəm ki, test üçün yalan dedim. Yeni gedəcəyim iş yerində hamını virusa yoluxdura bilərdim”, – deyə o şikayətlənib.

Kemp əvvəl işlədiyi qocalar evində bir neçə həftə içində 31 nəfərin öldüyünü deyib.

 

 

Gununsesi.org

COMMENTS