NBA ulduzu, amerikalı məşhur basketbolçu Maykl Cordanın ayaqqabısı növbəti dəfə satışa çıxarılıb.
Gununsesi.org xəbər verir ki, xüsusi olaraq 1985-ci ildə Maykl üçün hazırlanan “Nike Air Jordan 1” idman ayaqqabısı “Sotheby’s” hərracında satışa çıxarılıb.
Ayaqqabının hər tayında M.Cordanın imzası var. Hərrac “ShoeZeum” İdman Ayaqqabıları muzeyinin qurucusu Cordan Qelle tərəfindən keçirilib. Ulduzun ayaqqabısı 100 min dollara hərraca çıxarılıb.
Qeyd edək ki, Maykl Cordanın idman ayaqqabıları dəfələrlə müxtəlif hərraclarda yüksək qiymətə alıcılarını tapıb. 2017-ci ildə keçmiş “Chicago Bulls”un üzvünün ayaqqabıları rekord qiymətə – 190 min dollara satılıb.
Gununsesi.org
COMMENTS