Kəmaləddin Heydərov generalla polkovnikin yerini dəyişdi

Kəmaləddin Heydərov generalla polkovnikin yerini dəyişdi

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov kadr təyinatı ilə bağlı əmr imzalayıb.

Gununsesi.org qafqazinfo-ya istinadən xəbər verir ki, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi, daxili xidmət general-mayoru İsrail Əliyev vəzifədən azad edilərək FHN-in Bakı Regional Mərkəzinin rəisi təyin olunub.

BRM-nin rəhbəri, polkovnik Hikmət Abbasov isə DYXN-ya rəis təyin olunub.

 

Gununsesi.org

COMMENTS