
İYİ Partiyanın dəstəklədiyi “Millet İttifaq”ının Prezident seçkilərində məğlubiyyəti adıçəkilən təşkilatlar daxilində ciddi problemlərə səbəb olub.
Gununsesi.info-nun Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, İzmir Millət vəkili və İYİ Partiya sədrinin baş müşaviri Aytun Çırayın istefasından sonra dünən partiyadan daha iki mühüm sima istefa verib. Keçmiş İstanbul millət vəkili və partiya qurucusu Prof. Dr. Andican sosial media hesabından istefa verdiyini açıqlayıb.
Andican, “İndiki məqamda İYİ Partiya İdarəsi ilə siyasi və struktur baxımından uyğun bir iş aparmaq artıq mümkün deyil” deyə yazıb.
İstefa verən Andican bundan sonra müxalifətçi kimi qalacağını bəyan edib.
Bundan başqa İYİ Partiya Qurucular Şurasının və GİK-in üzvü Emine Küçükali dünən istefa karvanına qatılıb. Küçükali sosial media hesabından da “gördüyüm zərurətlə” deyərək partiyanın qurucu komitəsi, GİK və partiya üzvlüyündən istefa verdiyini açıqlayıb.
Küçükali, “Hökuməti tənqid etdiyimiz hər nöqtədə onlara bənzədiyimizi, ölkəmiz üçün istədiyimiz iştirakçı, demokratik və ədalətli idarəetmə proseslərini həyata keçirə bilmədiyimizi təəssüflə ifadə etməliyik. Partiyamızla, seçicilərimizlə, millətimizlə bağlı narahatlığımız ittifaq tərəfdaşlarımız tərəfindən görməzlikdən gəld. Biz məcburiyyətlərə tab gətirdik, etirazlarımıza görə təhqir olunduq və sonda milyonlarla seçici ilə birlikdə itirdik” deyə bəyan edib.
Tərcümə:
Günel Gözəlova