
Avropa Şurası təşkilatın baş katibi postuna iddialı üç namizədin adını təsdiqləyib.
Gununsesi.info xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb.
Avropa Şurası qeyd edib ki, üzv dövlətlərdən baş katib vəzifəsinə namizədlərin irəli sürülməsi üçün son müddət yanvarın 11-də başa çatıb.
Cümə axşamına olan məlumata görə, Avropa Şurası Nazirlər Komitəsi üç namizədin adını qəbul edib:
Didier Reynders – Belçikadan olan hazırkı Avropa komissar;
Indrek Saar – Estoniya siyasətçisi və aktyoru, keçmiş mədəniyyət naziri və Estoniya Sosial Demokratlar Partiyasının keçmiş lideri;
Alain Berset isveçrəli siyasətçi, sosial demokratdır, 2023-cü ilə qədər İsveçrənin prezidenti vəzifəsində çalışıb.
2024-cü ilin martında Nazirlər Komitəsi üç namizədlə ayrı-ayrılıqda müsahibə aparacaq və Avropa Şurası Parlament Assambleyasına təqdim olunacaq yekun siyahı barədə qərar verəcək.
Bundan sonra iyunda AŞPA-ya seçkilər keçiriləcək. Avropa Şurasının yeni Baş katibinin mandatı 2024-cü il sentyabrın 18-də başlayacaq.
Hazırkı baş katib, Xorvatiyanın nümayəndəsi Mariya Peyçinoviç-Buriç təşkilatın qaydalarına uyğun olaraq hüququna malik olduğu ikinci müddətə namizədliyini irəli sürməmək qərarına gəlib.
Gununsesi.info