SSRİ Xalq artisti vəfat etdi

SSRİ Xalq artisti Yuri Solomin vəfat edib.

Gununsesi.info  “Kommersant”a istinadən xəbər verir ki, aktyor 88 yaşında dünyasını dəyişib.

Bildirilir ki, o bu yaxınlarda insult keçirmiş, xəstəxanaya yerləşdirildikdən sonra isə evə buraxılmışdı.

Qeyd edək ki, sənətkar 60-a yaxın film və seriallarda rol alıb.

 

 

Gununsesi.info