Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi “Brexit”lə bağlı açıqlama yayıb.
Bununla əlaqədar Gununsesi.org XİN-in Mətbuat xidmətinə istinadən məlumat yayır:
“Məlum olduğu kimi, cari ilin 31 yanvar tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa İttifaqının (Aİ) üzvlüyündən çıxması (Brexit) rəsmiləşir və Birləşmiş Krallığın Aİ-dən çıxması ilə əlaqədar “keçid dövrü” başlayır.
Azərbaycan Birləşmiş Krallıq ilə münasibətlərinin yüksələn xətt üzrə inkişafında maraqlıdır və iki ölkə arasında siyasi dialoq uğurla davam etdirilir. Böyük Britaniya Azərbaycanın enerji sahəsində ən mühüm tərəfdaşlarından biridir.
Əminik ki, “Brexit”dən asılı olmayaraq, Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlıq əlaqələrinin inkişafı davam edəcəkdir”.
COMMENTS