Gənclərin intiharına yardım edən aşpaza 28 ayrı ittiham – Ömürlük həbs gözləyir

Kanadada “intihar dəstləri” (zəhərli kimyəvi maddələr) satan kanadalı aşpaz Kennet Lou (57) 14 nəfərin ölümünə görə “2-ci dərəcəli qətl”də ittiham olunur.

Gununsesi.info-nun BBC-yə istinadən məlumatına görə, York Regional Polisindən müfəttiş Saymon Ceyms qeyd edib ki, Lou Ontarioda 14 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilir. Ceyms, Lounun sözügedən 14 nəfərin intiharına yardım etdiyi və onların ölümünə səbəb olduğu səbəbiylə 28 ayrı cinayətdən mühakimə ediləcəyini bildirib.

Kanada qanunlarına görə, Lou ikinci dərəcəli qətl ittihamı ilə ömürlük həbslə üzləşə bilər.

Qanunun 40 ölkəyə təxminən 1200 paket “intihar dəsti” göndərdiyi, bunlardan 160-nın Kanadadakı ünvanlara göndərildiyi bildirilir.

Ona qarşı 28 ittiham irəli sürülən Lou may ayında Ontarioda 16-36 yaş arasında bir çox insanın ölümünə səbəb olduğu üçün nəzarətə alınıb.

İngiltərə Milli Cinayət Agentliyi (NCA) Lou paketləri ölkədəki 272 ünvana göndərdiyini və onları alan 90 nəfərin həyatını itirdiyini iddia etsə də, bu insanların ölümünə “intihar dəstləri”nin səbəb olub-olmadığı hələ təsdiqlənməyib.

Gununsesi.info