Avqust ayının pensiyaları tam ödənildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən avqust ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.

DSMF-dən Gununsesi.info-a verilən məlumata görə, müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.