
Milli Məclisin deputatı Cavanşir Feyziyev 115 saylı seçki dairəsi ərazisində seçicilərlə görüş keçirib.
Bu barədə Gununsesi.info-ya deputatın ofisindən verilən məlumatda bildirilir.
İbrahimkənd seçiciləri ilə keçirilən görüşdə seçicilər şəxsi məişət məsələləri və kəndin infrastruktur problemləri ilə bağlı suallar qaldırıblar. Aydın olub ki, kənd sakinlərinin deputata müraciətinə əsasən İbrahimkənd ərazisinə internetdən istifadə üçün kabellər çəkilib və lazımi avadanlıqlar quraşdırılıb. Buna baxmayaraq İbrahimkəndlə eyni icra nümayəndəliyinin ərazisində yerləşən Fazıl kəndində internet xidmətləri göstərilmir.
Sakinlər görülmüş işlərin davamı olaraq Fazıl kənd sakinlərinin də internetdən istifadə imkanlarını təmin etməyi xahiş ediblər.
Deputat kənd əhalisinin COVİD-19-a qarşı peyvəndlənməsi prosesi ilə maraqlanıb.
Məlum olub ki, yaşı 18-dən yuxarı kənd sakinlərinin 90 %-ə yaxını artıq virusa qarşı peyvənd olunub və proses davam etdirilir.