ATƏT-in Minsk qrupu buraxıla bilər

  • By ilhame
  • 07 İyun 2024 19:16

“ATƏT-in Minsk qrupu Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalandıqdan sonra buraxıla bilər”.

 

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev TÜRKPA-ya üzv ölkələrin parlament sədrləri ilə keçirilən görüşdə rəsmi Bakının İrəvana ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı təklif etdiyini bildirib:

 

“Minsk qrupuna heç bir ehtiyac yoxdur, o, indi fəaliyyət göstərmir”.

Gununsesi.info