
“Mən Tacikistan Prezidentini noyabrda keçiriləcək iqlim konfransında (COP29) iştiraka dəvət etdim. Bu dəvət qəbul olundu”.
Gununsesi.info -nun verdiyi xəbərə görə , bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatında söyləyib.
“Biz bu beynəlxalq tədbirin keçirilməsinə fəal hazırlaşırıq və Tacikistanın aktiv iştirakını gözləyirik”, – deyən dövlətimizin başçısı tacik dostlarımızın bu konfransın uğurla keçirilməsinə və yaxşı nəticələr əldə edilməsinə böyük töhfə verəcəklərinə əminliyini bildirib.