“Atəşkəsə nail olmağa çalışırıq” - Makron

“Fransa və Almaniya Ukraynada sülhü təmin etmək üçün Kiyevlə Moskva arasında danışıqları başa çatdırmağa imkan verəcək atəşkəsin tezliklə bərqərar olmasına nail olmaq niyyətindədir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Fransanın Prezidenti Emmanuel Makron deyib.

“Bizim istədiyimiz sülhə nail olmaq, Rusiya qoşunlarının Ukraynadan davamlı şəkildə çıxarılması üçün Moskva və Kiyev nümayəndə heyətləri arasında davam edən danışıqları başa çatdırmağa imkan verəcək erkən atəşkəsdir. Məqsədimiz budur. Biz Ukraynanın müəyyən edəcəyi şərtlərlə danışıqlara kömək etmək istəyirik”, – deyə Makron Rusiya-Ukrayna müharibəsi barədə çıxışında söyləyib.

Gununsesi.info