
Amerikalı iş adamı İlon Mask Ukraynaya dəstək göstərdiyinə görə Rusiyanın hədəfinə çevrilib.
Gununsesi.info xəbər verir ki, bu barədə Mask bir müddət öncə satın aldığı “Twitter” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Tesla” şirkətinin rəhbəri “müəmmalı şəkildə ölsəm, sizi tanımaq gözəl idi”,- deyə paylaşımında vurğulayıb.
Yüz minlərlə bəyənmə və şərh alan tvitin niyə atıldığı bilinməyib.
İlon Maskın digər mesajlarını görənlər isə onun Ukraynaya verdiyi dəstəyə görə, Rusiya tərəfindən təhdid edildiyini öyrənib. Mask bununla bağlı kəşfiyyat məlumatlarını da yayımlayıb.
Gununsesi.info