
Astara sakini bədbəxt hadisə nəticəsində ölüb.
Gununsesi.info xəbər verir ki, hadisə rayonunun dağlıq kəndi olan Pəlikeşdə qeydə alınıb.
Belə ki, kənd sakini 2002-ci il təvəllüdlü Olman Şükürov velosipedlə hərəkətdə olarkən Vıli körpüsü üzərində müvazinətini itirərək Şümrüd çayına düşüb.
O, aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info