Oğuzda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb

  • By ilhame
  • 14 Aprel 2024 09:59

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıb.

 

Gununsesi.info-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, onlardan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

 

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

Gununsesi.info