
Avropa Şurası Parlament Assambleyasının Prezidenti Tini Koks (Tiny Kox) Azərbaycana mümkün qədər tez faktaraşdırıcı missiya göndərməyə çağırır.
Gununsesi.info xəbər verir ki, Koks iyulun 31-də verdiyi bəyanatda Avropa Şurası Nazirlər Komitəsinə belə bir müraciət edib.
O, Qarabağda humanitar və insan haqları ilə bağlı vəziyyətin getdikcə pisləşməsini nəzərə alaraq AŞPA-nın iyunun 20-də etdiyi oxşar xahişi yada salır.
Bəyanatda deyilir ki, missiya 2022-ci il dekabrın 12-dən Laçın dəhlizindən azad və təhlükəsiz keçidin dayandırılmasının ermənilərin durumuna təsirini dəyərləndirməlidir.
“Avropa Şurası Baş katibinin 2023-cü il iyulun 28-də səsləndirdiyi dialoqa çağırışına qoşulur, Avropa Şurasının üzvləri olan Azərbaycanla Ermənistanı 1991-ci ildə quruma üzv olarkən götürdükləri qarşılıqlı öhdəliyə əməl etməyə, gərginliyi azaltmağa və ölkələri arasında sülhü bərpa etməyə çağırıram”, – bəyanatda vurğulanır.
Qarabağa faktaraşdırıcı missiya göndərilməsi təklifinə rəsmi Bakı münasibət açıqlamayıb.
Gununsesi.info