
Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT-in hazırkı sədri Buyar Osmani Azərbaycana və Ermənistana səfər edəcək.
Bu barədə Gununsesi.info-ya ATƏT-dən daxil olan məlumatda deyilir.
Məlumata görə, Bujar Osmani hökumət rəsmiləri və digər maraqlı tərəflərlə görüşlər keçirmək üçün aprelin 10-13-də Gürcüstan, Azərbaycan və Ermənistana səfər edəcək.
Parlament üzvləri, vətəndaş cəmiyyəti nümayəndələri və digər həmsöhbətlərlə də görüşlər keçiriləcək.
Səfər çərçivəsində ATƏT, Gürcüstan, Azərbaycan və Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi, mövcud təhlükəsizlik çağırışlarının həlli və Cənubi Qafqaz regionunda dialoq vasitəsilə sülh və sabitliyin təşviqi məsələləri müzakirə olunacaq.
Tərcümə: Şəbnəm