Avropa Şurası Çörçillin irsinə həsr olunan yüksək səviyyəli tədbir keçirəcək

  • Müəllif: Orxan
  • 14 Noyabr 2026 10:23

Avropa Şurası Uinston Çörçillin təşkilatın yaradılması ideyasına həsr olunan yüksək səviyyəli tədbir keçirəcək.

Gununsesi.info xəbər verir ki, tədbir noyabrın 17-də Strasburqda, Avropa Şurasının mənzil-qərargahı olan Palais de l’Europe-da təşkil olunacaq.

Tədbir Çörçillin Avropa Şurasının yaradılması ilə bağlı məşhur çağırışından 80 il ötürülməsi münasibətilə keçirilir. Görüşdə Avropanın gələcəyi, qitənin üzləşdiyi ciddi çağırışlar və onların aradan qaldırılması yolları müzakirə ediləcək.

Tədbirə London Kral Kollecinin Avropa siyasəti və xarici əlaqələr üzrə professoru Anand Menon sədrlik edəcək.

Çıxışçılar arasında Avropa Şurasının baş katibi Alain Berset, Böyük Britaniya parlamentinin üzvü Chris Elmore, müxalifət partiyasının nümayəndəsi Alicia Kearns və Uinston Çörçillin nəvəsi, britaniyalı iş adamı Rupert Soames də olacaq.

Gununsesi.info