
Fox News-un jurnalisti Cessi Uoteers ABŞ prezidenti Co Baydeni seçki kampaniyasının indiki mərhələsində tədbirə gecikdiyi üçün qınayıb.
Gununsesi.info xəbər verir ki, jurnalist Baydenin tədbirə gecikməsinin əsas səbəbi olaraq səhər yuxudan gec oyandığını əsas gətirir.
Onun sözlərinə görə, çıxış etmək üçün tədbirə bir saat gecikən Baydenin üzündə CPAP aparatının izləri görünüb.
“O, gecələr nəfəs almasına kömək etmək üçün xüsusi cihazdan istifadə edir. Əgər günorta onun üzündə qırışlar varsa, bu o deməkdir ki, o, yenicə yataqdan qalxıb” – deyə jurnalist əlavə edib.
Bundan əvvəl keçmiş prezident Donald Tramp bildirmişdi ki, Co Bayden narkotiklərin, ilk növbədə müxtəlif stimullaşdırıcıların vasitəsilə tədbirlərdə iştirak edir.
Şəbnəm
Gununsesi.info