Bu qərar Şimali Kipr Cümhuriyyəti bizi daha da yaxınlaşdıracaq

  • By admin
  • 05 Aprel 2024 13:05

Bugün Milli Məclisdə Azərbaycan Şimali Kıprıs Türk Cümhuriyyəti Parlamentlərarası işçi qrupunun yaradılması ilə bağlı qərar qəbul olundu. Bu çox tarixi bir qərardır. Bir tərəfdən Azərbaycanın Türk dünyasının daha da güclənməsinə və Türk xalqlarının bir-biri ilə daha da inteqrasiya olunmasına verilən böyük töhfədir. Sözsüz belə bir qərarın qəbulunda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Bizim Ailəmiz Türk Dünyasıdır” türk xalqlarının birliyinin, ənəkdaşlığınln, dostluğunun, qardaşlığının güclənməsinməsinin siyasi yol xəritəsinin sözbəsöz bariz nümunəsi və gerçəkləşməsidir”.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

 

Onun sözlərinə görə,  keçən il  KKTC-nin Prezidenti Ersin Tatarın böyük nümayəndə heyyətinin Azərbaycanda rəsmi səfəri iki qardaş ölkə arasındakı əlaqələrin çox sürətlə inkişafının göstəricisidir. Əminik ki, Parlamentdə bugün qəbul edilmiş qərar gələcəkdə bu iki qardaş dövlət arasında münasibətlər daha da sürətlə inkişaf edəcəkdir. Bir vacib məqamı da qeyd etmək istərdim. Bugün Azərbaycan-Şimali Kıprıs Türk Cümhüriyyəti əlaqələrinin inkişafı keşməkeşli tarixi var. Vaxtilə biz Şimali Kıprıs Türk Cümhüriyyəti ilə bağlı müəyyən fikirlər səsləndirərkən və ya hətta qeyri rəsmi səfərlərimizə qarşı Avropadan qərəzli təşkilatlar və Fransa kimi ermənipərəst dövlətlər etiraz bəyanatı səsləndirərdilər. Bir çox hallarda işğal altında olan Qarabağdakı separatist rejimin qanunlaşdırılması və ya tanınması ilə hədələyirdilər. Sözsüz ki, o vaxtlar, dövlətimiz bütün gücü ilə ümumtürk problemi olan Qarabağın işğaldan azad olunmasına yönəltmişdir. ATƏT-in Minsk qrupunun üzvlərinə və ya digər ermənipərəst qüvvələrə bəhanə və səbəb verməmək üçün hədsiz ehtitatlı idi. Çünki həqiqətən Koffe Ann planını dəstəkləmiş Şimali Kıprıs Türk Cümhuriyyətinin tanınmasına etiraz edən həmin ermənipərəst qüvvələr, Qarabağla bağlı BMT TŞ-nın dörd qətnamənin həyata keçirilməsinə mane olurdular. Ona görə biz, xalqımız, eləcə də dövlətimiz ötən illərdə Şimali Kıprıs Türk Cümhuriyyətinə görünən və görünməyən formada dəstək veribdir. Artıq Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Biz qalib xalqıq. Dövlətimiz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin simasında dünya miqyasında böyük nüfuza malikdir. Bugün Azərbaycanla təzyiq və təhdid dili ilə danışa bilməz. Məhz bugün Milli Məclisdə Azərbaycan-Şimali Kıprıs Türk Cümhuriyyəti Parlamentlərarası işçi qrupunun yaradılması bunun sübutudur. Yeni yaranmış bu qrupun gələcək fəaliyyətində uğurlar arzulayırıq. Ölkələrimiz və Türk dünyası üçün xeyirli olsun.

 

Şəbnəm