Bakalavr təhsili 3 illik ola bilərmi?

  • By Mina
  • 05 Aprel 2024 12:20

Bir sıra inkişaf etmiş ölkələrdə bakalavr təhsilinin 3 il olması ölkəmizdə də müzakirələrə səbəb olub.

Bəzi ekspertlər hesab edir ki, Azərbaycanda ali təhsilin müddəti 4 ildən 3 ilə endirilə bilər.  Ekspertlərin fikrincə,  3 illik təhsil qərb təcrübəsində görülüb, bu  səbəbdən Azərbaycanda tətbiq etmək olar.

Mütəxəssislər bildirir ki, humanitar yönümlü ixtisaslarda bunu etmək olar. Bakalavr pilləsində bu proses özünü doğruldarsa, təhsilin digər pillələrində də yəni magistratura, dokturanturada da bu dəyişikliyin olacağı istisna edilmir.

Gununsesi.info bildirir ki, təhsil eksperti Rizvan Fikrətoğlu deyib ki, təhsil müddətinin 4 və 5 il olması çox şeyi dəyişmir:

 

“Burda keyfiyyət daha önəmlidir. Tutaq ki, hüquq və tibb sahəsində təhsil müddətini azaltmaq düzgün olmaz. Əlavə fənnləri çıxartmaqla   və ya bir neçə fənnləri birləşdirməklə təhsili 3 ilə endirmək olar. Hətta deyərdim ki, 2 ilə qədər də müddəti azaltmaq olar”.

 

 

Mina

Gununsesi.info