
Xəbər verdiyimiz kimi, qeyri-rəsmi yaşadığı qadına əzab verməkdə, onun azyaşlı qızını zorlamaqda, adam oğurluğunda və digər maddələrlə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edilmiş Seymur Şahalıyev haqda hökm yuxarı instansiyada ləğv edilib.
Gununsesi.info xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi hökmdə qanun pozuntuları müəyyən edib, yenidən araşdırılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə qaytarıb.
Həmin pozuntular sırasında işə baxan hakim Azad Məcidova etirazın qəbul edilməməsi və ibtidai istintaq dövründə təqsirləndirilən şəxsin hüquqlarının pozulması kimi məsələlər var idi.
Hakim heyəti müdafiə tərəfi ilə razılaşıb, işi araşdırmaqdan imtina ediblər. Qərara əsasən, qanun pozuntularının aradan qaldırılması məqsədilə iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.
Bu müddət ərzində təqsirləndirilən şəxs haqda seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 15-dən artıq maddəsi ilə ittiham edilən S.Ömərov özünü təqsirli bilmir.
Gununsesi.info