İsrail səfirliklərinin fəaliyyətini dayandırdı -Rəsmi

“İranın Dəməşqdəki konsulluğa hücumundan sonra İsrailin dünya üzrə 28 diplomatik missiyası öz işini dayandırıb”.

 

Gununsesi.info  xəbər verir ki, bunu mediaya açıqlamasında İsrail ordusunun sözçüsü Daniel Hagari bildirib.

 

 

Onun sözlərinə görə, İsrail ona qarşı hər cür təhdidləri ciddi qəbul edir: “Lakin logistika komandanlığının göstərişlərində heç bir dəyişiklik yoxdur. İsrail bir neçə cəbhədə müharibə aparır, ona görə də ordu bütün ssenarilərə hazırdır. İran illərdir İsrailə qarşı fəaliyyət göstərir”.

 

İsrail Xarici İşlər Nazirliyinin sözçüsü Lior Hayat isə bir sıra səfirliklərin əməkdaşlarının təxliyəsi ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirməkdən imtina edib.

 

İsrailin bəzi mənbələri isə bu xəbəri hələki təkid edir.

 

Qeyd edək ki, İsrail hərbi hava qüvvələri aprelin 1-də Dəməşqin cənub-qərbində İran konsulluğunun binasına raket zərbəsi endirib. Tehran hadisə nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun iki generalı da daxil olmaqla 13 nəfərin öldüyünü təsdiqləyib.

 

 

 

İlhamə 

Gununsesi.info