
“Bu işlərin sonu belədir ki, Qarabağdakı ermənilərin 2 seçimi var – ya Azərbaycan vətəndaşlığını qəbul etmək, ya da ki köçməkdir”.
Bunu Gununsesi.info-ya açıqlamasında politoloq Fərhad Mehdiyev Qarabağda yaranmış durumu şərh edərkən deyib.

“Çünki ən geci 2025-də hakimiyyət orqanları Xankəndinə girəcəkdir. Amma mən belə bir əməliyyatın 2025-dən əvvəl də ola biləcəyini istisna etmirəm. Hətta gözləyirəm. Bir daha qeyd edirəm ki, BMT TŞ-da Laçın korridoru ilə bağlı məsələnin müzakirəsinin nəticəsi de-fakto bizim xeyrimizə çevrilib. Çünki dolayı olaraq TŞ Qarabağın Azərbaycan ərazisi olduğuna heç bir şübhə qoymayıb. Araikin istefası da onunla bağlıdır ki, işdən üzü ağ çıxmaq istəyir, bilir ki bayrağımız bu gedişlə Xankəndində asılacaq”.