İsrailin Xarici İşlər Naziri Bəhreynə səfər edib – Nələr danışılıb?

  • By arzu
  • 04 Sentyabr 2023 11:42

İsrailin Xarici İşlər Naziri Eli Cohen Bəhreynə səfər edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, səfərin məqsədi ticarət əlaqələrini inkişaf etdirmək və Bəhreyndə İsrail səfirliyinin açılışını etməkdir.

Eli Cohen Bəheryn səfəri zamanı hava limanında bu ölkənin Xarici İşlər Naziri Əbdüllətif əz Zəyani tərəfindən qarşılanıb.

Cohen Bəheryn səfəri çərçivəsində bu ölkədə bir sıra yüksək vəzifəlilərlə bir araya gələcək.

İsrailin Xarici İşlər Naziri iki ölkə arasında ticarətin inkişafı və qarşılıqlı yatırımların artırılmasını hədəfləyən çeşidli toplantılara qatılacaq.

Paytaxt Manamadakı səfirliyinin binasının rəsmi açılışına qatılması gözlənilən Cohen bu ölkədəki Beşinci Amerikan Donanmasının hərbi bazasına baş çəkəcək.

Bəhreyn və İsrail arasında ayrı-ayrı sahələr üzrə anlaşmaların imzalanması gözlənilir.

 

Tərcümə: Arzu

Gununsesi.info