
Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan arasında görüş başlayıb.
Soçidə keçirilən görüşün əsas müzakirə mövzuları dünya ərzaq təhlükəsizliyi, Qara dənizdə sabitlik, “Taxıl sazişi”nin bərpası olacaq.
09:39
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Soçiyə səfər edəcək.
Gununsesi.info “TRT Haber”ə istinadən xəbər verir ki, tərəflər görüş zamanı iki ölkə arasındakı münasibətlər, beynəlxalq və regional məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Bununla belə, Türkiyə və Rusiya liderlərinin əsas müzakirə mövzusu taxıl dəhlizi olacaq.