AKF-nin vitse-prezidenti Dünya Karate Federasiyasının rəhbəri ilə görüşüb

  • By ilhame
  • 28 Yanvar 2024 15:28

Fransada səfərdə olan Azərbaycan Karate Federasiyasının (AKF) vitse-prezidenti Rəhman Hətəmov və baş katib Qabil Sayadov Dünya Karate Federasiyasının prezidenti Antonio Espinosa və Avropa Karate Federasiyasının baş katibi Davor Çipeklə görüşüblər.

 

Gununsesi.info xəbər verir ki, bu barədə sayta federasiyadan bildirilib.

 

Rəsmi, işgüzar şəraitdə keçən görüşdə AKF-nin fəaliyyəti və gələcək planları ilə bağlı məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.

Gununsesi.info