İspaniyalı məşhur qapıçı Səudiyyə Ərəbistanı klubu ilə danışıq aparır

  • By ilhame
  • 28 Yanvar 2024 12:57

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq qapıçısı David De Xea karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

 

Gununsesi.info “Daily Mail”ə istinadən xəbər verir ki, “Əl-Şabab” 33 yaşlı qolkiperlə maraqlanır.

 

Klubun ispaniyalı oyunçu ilə danışıq apardığı bildirilib.

 

Qeyd edək ki, 2011-ci ildən “qırmızı-şeytanlar”da çıxış edən David De Xea 2023-cü ilin iyulunda komandadan ayrılıb.

Gununsesi.info