Dünyanın ən böyük kruiz gəmisi ilk turist səyahətinə çıxdı – VİDEO

Dünyanın ən böyük kruiz gəmisi “İcon of the Seas” ilk səyahətinə çıxıb.

Gununsesi.info xəbər verir ki, gəmi səyahətinə ABŞ-ın Florida ştatındakı Mayami limanından başlayıb.

“Royal Caribbean” kruiz şirkətinə aid 365 metr uzunluğunda və təxminən 250 min ton ağırlığında olan gəmi Mayamidən 7 günlük Karib turuna çıxıb.

Finlandiyanın Turku şəhərindəki gəmiqayırma zavodunda 2 milyard dollara inşa edilən dünyanın ən böyük kruiz gəmisi 7600 sərnişin daşıma qabiliyyətinə malikdir.

Digər tərəfdən, ekoloqlar, mayeləşdirilmiş təbii qazla (LNG) işləyən dünyanın ən böyük gəmisindən havaya zərərli metan qazı sızacağı ilə bağlı xəbərdarlıq edirlər.

“Royal Caribbean” gəminin Beynəlxalq Dəniz Təşkilatının müasir gəmilər üçün nəzərdə tutduğundan 24 faiz daha çox enerjiyə qənaət etdiyini bildirib.

Gununsesi.info