
Gəncə şəhərində 4 nəfər mənzildə dəm qazından zəhərlənib, onlardan biri ölüb.
Gununsesi.info xəbər verir ki, 2000-ci il təvəllüdlü Musayeva Zəhra Rəsul qızı xəstəxanaya aparılsa da, dünyasını dəyişdiyi məlum olub.
Bildirilib ki, 2015-ci il təvəllüdlü Musayeva Zeynəb Rəsul qızı, 2018-ci il təvəllüdlü Musayeva Dərya Tural qızı və 2019-cu il təvəllüdlü Musayeva Fatimə Tural qızı xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və orta ağır olaraq qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.info