İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin İraqdakı ABŞ bazasına raket zərbələrini özünümüdafiə tədbiri adlandırıb.
Gununsesi.org-un Trend-ə istinadən verdiyi məlumata görə, bunu İran XİN rəhbəri öz “Twitter” səhifəsində yazıb.
C.Zərif bildirib: “İran bizim vətəndaşlara və yüksək vəzifəli şəxslərimizə qarşı qorxaq silahlı hücumlar edilən bazaya zərbə endirərək, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq mütənasib özünümüdafiə tədbirləri gördü və həyata keçirdi”.
XİN rəhbəri vurğulayıb ki, İran eskalasiya və ya müharibəyə cəhd etmir: “Biz eskalasiya və ya müharibəyə cəhd etmirik, lakin özümüzü hər hansı bir təcavüz qarşısında qoruyacağıq”.
COMMENTS