Ağ Ev: “Bayden bu hadisədən dəhşətə gəldi”

Ağ Ev ABŞ prezidenti Co Baydenin Vermont ştatında Fələstin əsilli 3 tələbəyə edilən silahlı hücumdan “dəhşətə düşdüyünü” açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Ağ Evin mətbuat katibi Karin Jan-Pyer  gündəlik mətbuat konfransında Vermont ştatının Burlinqton şəhərində 3 fələstinli universitet tələbəsinə edilən hücumu dəyərləndirib.

Jan-Pyer  Baydenin atışma ilə bağlı xəbər tutduqda “dəhşətə gəldiyini” bildirib.

Mətbuat katibi Bayden, həyat yoldaşı və Ağ Evdəki hər kəsin ölkə daxilində amerikalılarla birlikdə 3 gəncin tam sağalması üçün dua etdiklərini deyib.

Noyabrın 25-də Vermont ştatının Burlinqton şəhərində qohumunu ziyarət etməkdən qayıdarkən hər biri 20 yaşında olan üç fələstinli tələbə, Hişam Avartani, Kinan Abdalhamid və Tahsin Əhmədə silahla hücum edilib.

Xəstəxanaya yerləşdirilən 3 gəncdən birinin “daha ağır xəsarətlər aldığı”, digər ikisinin vəziyyətinin stabil olduğu bildirilib.

Burlinqton polisi aparılan araşdırmalar nəticəsində 48 yaşlı Ceyson J. Eaton adlı şübhəlinin nəzarətə alındığını açıqlayıb.

Burlinqton polis rəisi Con Murad mövzu ilə bağlı mətbuat konfransında bildirib ki, “Üç gənc səbəbsiz və dəhşətli cinayətin qurbanı olub və onların həyatları əbədi olaraq dəyişdirilib. Xüsusilə biri ömürlük xəsarətlərdən sağalmaq üçün mübarizə aparır”

ABŞ Baş prokuroru Merrik Qarland da Ədliyyə Nazirliyinin hücumun nifrət cinayəti olub-olmadığını müəyyən etmək üçün ayrıca araşdırma apardığını açıqlayıb.

Gununsesi.info