
Oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayı 15 min nəfəri keçib.
Gununsesişinfo xəbər verir ki, bu barədə Qəzza hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hücumların qurbanları arasında 6150-dən çox uşaq və 4 min qadın var.
Ölənlər arasında 70 jurnalist, 207 tibb işçisi və 26 mülki müdafiə əməkdaşı var.
Yaralıların sayı 36 mini keçib, onların 75 faizini uşaq və qadınlar təşkil edib.
Dağıntılar altında qalanlar da daxil olmaqla 7 mindən çox insan itkin düşmüş hesab olunur. Onların 4700-dən çoxu qadın və uşaqlardır.
Gununsesişinfo