
HƏMAS və İsrail arasında əldə olunan razılaşma çərçivəsində İsrail həbsxanalarında saxlanılan 39 fələstinli uşaq azad edilib.
Gununsesi.info xəbər verir ki, işğal altındakı İordan çayının qərb sahilində yaşayan azad edilmiş uşaq əsirlər Beynəlxalq Qızıl Xaç Cəmiyyətinə məxsus avtobusa minərək İsrailin Ofer hərbi həbsxanasından çıxaraq Ramallaha doğru yola düşüblər.
Şərqi Qüdsdə yaşayan uşaqlar İsrail polisinin müşayiəti ilə həbsxanadan çıxaraq ailələrinə təhvil verilib.
Fələstinlilərin adları daha əvvəl Əsirlərin Nümayəndəliyi tərəfindən açıqlanıb və Fələstin Məhbusları Cəmiyyətinə və Fələstin Azadlıq Təşkilatına (FAT) buraxılıb.
Azad edilən fələstinlilərin siyahısının hamısının uşaqlar olduğu, onlardan 21-nin Qüdsdən, 1-nin Qəzzadan, qalanlarının isə İordan çayının qərb sahilindən olduğu qeyd edilir.
Razılaşma çərçivəsində Qəzza zolağından 39 israilli qadın və uşaq, İsrail həbsxanalarından isə 117 fələstinli qadın və uşaq azad edilib.
Gununsesi.info