İspaniyada son 24 saatda 331 nəfər koronavirus səbəbindən öldü

İspaniyada son 24 saatda 331 nəfər koronavirus səbəbindən öldü

İspaniyada son sutka ərzində yeni növ koronavirusdan daha 331 nəfər ölüb.

Gununsesi.org-un worldometers.info-ya istinadən verdiyi məlumata görə, bu barədə krallığın Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusdan ölənlərin ümumi sayı 23 190 nəfərə çatıb.

Bildirilir ki, son sutka ərzində koronavirusa 2793 yeni yoluxma halı qeydə alınıb, ölkədə koronavirusa yoluxanların ümumi sayı 230 minə yüksəlib.

Son 24 saatda 3 024 nəfər, epidemiya başlayandan isə 98 732 nəfər sağalıb.

Gununsesi.org

COMMENTS