“Roskosmos”-un sabiq direktoru və vəzifəli şəxslər Donetskdə yaralandı

“Roskosmos” korporasiyasının keçmiş baş direktoru, hərbi məsləhətçilər qrupunun və “Çar canavarları” elmi-texniki mərkəzinin rəhbəri Dmitri Roqozin Ukrayna Silahlı Qüvvələrinin Donetskdəki “Şeş-Beş” hotelini atəşə tutması zamanı yaralanıb.

Gununsesi.info xəbər verir ki, Bu barədə TASS Roqozinin köməkçisinə istinadən məlumat yayıb.

HTML tutorial

Agentliyin həmsöhbətinin sözlərinə görə, son günlər Roqozinin başçılıq etdiyi bir qrup hərbi məsləhətçinin yaşadığı, şəhərin kənarında yerləşən hotel atəşə tutulub. O, hotelin açıq şəkildə hədəfə alındığını vurğulayıb.

İlkin məlumatlara görə, zərbə üçün 155 mm-lik SEZAR özüyeriyən artilleriya qurğusundan istifadə edilib. “Roskosmos”un keçmiş rəhbəri RT-yə müsahibəsində yaralandıqdan sonra vəziyyəti barədə danışıb.

“Baza” Teleqram kanalının məlumatına görə, Roqozin başın yumşaq toxumalarından, omba nahiyəsinə və sol bud nahiyəsinə nüfuz edən qəlpə yarası alıb.

Başqa bir məlumata görə, Roqozin hoteldə doğum gününü qeyd edirmiş. Roqozinlə yanaşı, qondarma DQR hökumətinin sədri Vitali Xotsenko da yaralanıb. Hoteldə olan Dövlət Dumasının deputatı Aleksey Juravlev bildirib ki, onun mühafizəçisi hadisə yerində ölüb.

Juravlevin sözlərinə görə, səhər saat səkkiz radələrində hotel binasına üç dəqiq zərbə vurulub. Bu zaman onunla bir neçə qonaq, Roqozinin mühafizəçiləri və silahdaşları orada olublar.

Gununsesi.info