Belarusda “Vaqnerçi”lərin sayı artır: Altıncı hərbi kolon ölkəyə daxil olub - FOTO

Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin gün ərzində üçüncü, ümumilikdə isə altıncı kolonu Belarusa gəlib.

Bu barədə “Belarusski Qayun” monitorinq qrupu məlumat verib.

HTML tutorial

Məlumata görə, kolon axşam saatlarında P43-M5 avtomobil yolu ilə hərəkət edib. Kolonun tərkibində pikaplar və qoşqusu olan üstüörtülü “Ural” hərbi yük maşınları görüntülənib. Kolonu Belarus Dövlət Yol Müfəttişliyi müşayiət edib.

Kolonda təxminən 100-120 maşın olub. Muzdlular Sell kəndindəki düşərgəyə doğru irəliləyiblər.

Bildirilir ki, “Vaqner” rəhbəri Yevgeni Priqojinin biznes-jeti Belarusda təxminən 13 saat qaldıqdan sonra yerli vaxtla saat 00:15-də “Maçulişi” aerodromunu tərk edib.