
Amerikanın Kaliforniya bölgəsində külək dayanan uşaq arabasınını 4 şəridi olan yola doğru tərpədib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, avtomobillərin hər iki tərəfdən dayanmadan və fasiləsiz keçdiyi bu təhlükəli yola doğru hərəkətdə olan uşaqlı arabanı xalası dayandırmaq istəsə də, mümkün olmayıb.
Qadın ikinci cəhdində də uğursuz olub və yıxılıb.
Sürətlə avtomobillərin yoluna çıxan arabanı son anda yaxın çevrədəki bir kişi dayandırıb.
Uşağı ölümdən qurtaran kişinin bu davranışı böyük alqış toplayıb. Sonda uşaq və xalası salamat şəkildə bir-birlərinə qovuşublar.