Ukrayna ordusunda itkin düşən 7 minə yaxın hərbçi var

Ukraynada 2023-cü ilin aprelinə olan məlumata görə, 7 minə yaxın hərbçi itkin düşmüş hesab olunur.

Gununsesi.info xəbər verir ki, bu barədə xüsusi şəraitdə itkin düşmüş şəxslər üzrə komissar Oleq Kotenko bildirib.

HTML tutorial

“Həqiqətən belə bir rəqəm var, yeddi mindən bir qədər çoxdur. Biz itkin düşmüş kimi axtardığımız insanların hələ də əsir qalmasına inanırıq”, – Kotenko deyib.

Gununsesi.info